Yanar mayelərin və qazların daşınması və həmçinin manipulyasıyası zamanı tez-tez partlama gücünə malik atmosferin yarana bilməsi diqqətdən yayınmamalıdır. Bu səbəbdən partlayışın qarşısını almaq üçün ilkin təhlükəsizlik tədbirlərinin görülməsi vacibdir.
Digər qaydalarla yanaşı təhlükəsizlik armaturlarının bütün birləşdiri yerlərə quraşdırılması və geriyə alovlanma, yanğın və partlayışın yayılmasına mane olan açıq hava çəkmə və manipulyasiya dəliklərini nəzərə alma belə bir tədbirlərdəndir.
Qoyulmuş işləmə şərtlərinə əsasən müxtəlif yanğın gedişatları – partlayışlar, detonasiyalar, yəni davamlı yanğınlar – mümkün olduğuna görə buna uyğun alovdan qoruyucu armaturların istifadəsi tələb olunur. Xüsusi istifadə halları üçün istehsal olunan kiçik cihazları çıxmaq şərtilə bügünkü texnikaya görə hələ bütün yanğın növlərinin qarşısını alan universal alovdan qoruyucu armaturlar mövcud deyildir.
Qaz, buxar/hava qarışığının qapalı yerlərdə (çənlər və boru kəmərləri) alovlanması zamanı işləmə şərtlərinə, yəni alışa bilən qarışıqların növünə və qatılığına, ilkin təzyiq gücünə, temperatura və həmçinin alovun önə doğru yayılma məsafələrinə görə deflaqrasiya və detonasiyalar baş verə bilər. Bunlar bir-birindən əsasən alovun artma sürətinə, yanma təzyiqinə və alovlanma gücünə görə fərqlənirlər.
Deflaqrasiya və detonasiyaların yaranmasına təsir edən əsas amil alovun yayılma məsafəsinin borunun diametrinə olan nisbətidir (uzunluq/diametr nisbəti). Nəzərə alınmalıdır ki, alovun qısa müddət ərzində yayıldığı məsafə və borunun diametrindən asılı olaraq (uzunluq/diametr > 50) detonasiyalar yarana bilər ki, bu halda alovun qarşıya doğru yayılma istiqamətində 50 bardan çox təzyiq dalğasının və təxminən 1800 metr/saniyə alışma sürətinin yaranması mümkündür.
Boru deflaqrasiyasının stabil detonasiyaya keçid dövrü «qeyri-stabil» detonasiya adlanır, bu zaman yüksək təzyiq impulsları yarana və alov sürəti arta bilər.
Alovdan qoruyucu armaturların ən vacib detallarındn biri alov kəsici hissədir, bu partlayış (deflaqrasiya) və detonasiya alovlarının artmasına və ya davamlı yanğınların yaranmasına mane olur. Bu günümüzdə texnikada müxtəlif quruluşlu alov kəsicilər tətbiq olunur.
Hal-hazırda istifadə olunan alovdan qoruyucu armaturların böyük bir hissəsi sabit quru alov kəsicilər ilə təchiz olunmuşdur, buraya Universal Sicherungstechnik GmbH-nin armaturları da daxildir. Burada söhbət elə elementlərdən gedir ki, hesablamalar görə əgər icazə verilən hədd göstəricilərinə riayət olunarsa, onda münasib uzunluqlu dar arakəsmələrin arasındakı alovlar reaksiya gücünə malik olmur və bununla sönürlər.
Universal Sicherungstechnik firmasının alov kəsicisi bir növ lent qoruyucudur, yəni həmin bu alov kəsici uyğun materialdan təşkil olunan bir hamar və bir çıxıntılı lenti dolamaqla və bu zaman müəyyən ara məsafənin qoyulmasını nəzərə almaqla istehsal olunur. Bizim qoruyucuların yoxlanışı və icazəsi qüvvədə olan EN ISO 16852 normasına uyğun həyata keçirilir.