Birləşdirilən DUU DN 2“ növ təzyiq azaldıcı və çoxaldıcı qapaqlar qaz silkələnmə prosesi ilə doldurulan və sapfa qurğuları vasitəsilə qazın geriyə göndərməklə boşaldılan, yanar mayelərin saxlanıldığı çənlərdə havanı buraxmaq və dəyişməyə xidmət edirlər. Təzyiq və vakuumu saxlama ventili işə salma təzyiqindən asılıdır. Onlar bundan əlavə partlayış qrupu IIB1 olan bütün məhsullar üçün atmosfer partlayışına qarşı alov yayılma təhlükəsizliyini təmin edirlər.
Birləşdirlmiş alov qoruyucusunun yoxlanışı qoruyucu sistemlərə aid olan 94/9/EG Avropa qanunvericiliyinə və ÖNORM EN ISO 16852 standartına uyğun keçirilmişdir.
EG-model imtahan arayışı mövcuddur. Deflaqrasiyadan qoruyan DUU DN 2“ növ təzyiq azaldıcı və çoxaldıcı ventil nə stabil yanma üçün hazırlanmış, nə də buna görə yoxlanışdan keçirilmişdir.
Ventillər çənlərdə havanı buraxmaq və dəyişərkən tələb olunan Avropa EN 14015-1-qoşqu L çən quraşdırma normasını yerinə yetirirlər.
Ventilləri işə salma təzyiqi standart göstəricilərdə +10 mbar, +16 mbar, yüksək təzyiq altında +22 mbar (sabit dəyərlər), həmçinin yüksək təzyiqdə –5 mbar, aşağı təzyiqdə –13 mbar olur. Xüsusi konstruksiyalarda başqa parametrlər də mövcuddur.
Ventillər 0.7040 qılafından, LM24 üst örtükdən, 2.0401 və ya alümindən olan aşağı təzyiqli klapan diskindən, 2.0401 ventil oturacağından və 1.4571 alov kəsici sistemdən ibarətdirlər.
DUU DN 2“ növ təzyiq azaldıcı və çoxaldıcı ventillərin yanında uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Mart, 2011-ci il