DTE DN XX növ detonasiya qoruyucuları boru kəmər sistemlərində partlayıcı qaz/hava və yaxud buxar/hava qarişığının partlayışları (deflaqrasiyalar) və detonasiyaları nəticəsində yaranan alovlanmanın qarşısınl alır.
Detonasiya qoruyucuları polad/yüksək keyfiyyətli poladdan hazırlanmış bir qılafdan ibarətdir. Alov kəsicilər umumiyyətlə eni 10 mm olan 1.4571 növ yüksək keyfiyyətli poladdan ibarətdirlər.
DTE DN XXX növ detonasiya qoruyucuları partlayış qrupu IIB1 olan (normal ara məsafə 0,83 millimetrdən çox) yanar maye və qaz qurğularında detonasiyaya qarşı davamlı armaturlar kimi istifadə oluna bilərlər. Ən yüksək işləmə təzyiqi 1,2 bar və ən yüksək işləmə temperaturu 60 Selsi dərəcəsidir.
Detonasiya qoruyucuları yalnız eyni diametrli boru kəmərlərinə bağlana bilərlər, birləşdirici hissənin diametri qoruyucuya uyğun olmalıdır. Detonasiya qoruyucularının bu növü bir tərəfli işlədilə bildiyi üçün onun qoşarkən xüsusilə diqqətli olmaq lazımdır. Qorunan tərəfin üzərinə lövhəcik işarəsi çəkilmişdir.
DTE silsiləsindən olan detonasiya qoruyucuları DTB silsiləsindən olan qoruyuculardan fərqlənir, bu fərq özünü bir tərəfli işləmə qabiliyyəti ilə yanaşı daha geniş istifadə olunma sahəsinə malik olmada (bunun üçün yuxarıya baxın), daha az təzyiq itkisi və texniki xidmət asanlığında əks etdirir. Qoruyucu paketə texniki baxış üçün qurğunu ayırmağa ehtiyac olmur, bunun üçün qılafdakı amortizatoru boşaltmaqla qoruyucu paketi çıxarmaq kifayət edir.
Bütün detonasiya qoruyucularında təhlükəsizlik qəfəsi yüksək keyfiyyətli poladdan ibarətdir, poladdan hazırlanan qoruyucularda təhlükəsizlik qəfəsi ilə qılaf arasındakı korroziyanın qarşısını almaq üçün qılafın içinə yüksək keyfiyyətli poladdan hazırlanmış qab preslənmişdir.
Bütün detonasiya qoruyucularının yanında qanuna müvafiq olaraq uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Aşağıdakı konstruksiya növləri (həmçinin konstruksiya növlərinin xarakteristik sxeminə baxın) standart şəkildə satılır; xüsusi konstruksiya növləri ilə bağlı sorğu göndərməniz xahiş olunur.
DTE DN 40-dan DTE DN 150 kimi olan detonasiya qoruyucuları bucaq formasında hazırlanmışdır.
Bütün detonasiya qoruyucuları: xüsusilə mövcud qurğuların yenidən quraşdırılması baxımından universal istifadə üçün aşağıdakı birləşdirici növlərdən seçmək olar:
- M – Halqa (daxili yiv)
- F – Flanslı birləşdirici
- A – Qaynaq bolt
- G – Xarici yiv
Hər iki birləşdirici sonluqda istənilən kombinasıya mümkündür.
Detonasiya qoruyucularının qılafı aşağıdakı polad keyfiyyətlərində istehsal olunur: 1.0038 növ xalis polad, 1.4301 və 1.4571 növ yüksək keyfiyyətli polad.
Tarix: Dekabr, 2011-cü il