DTB DN XX növ detonasiya qoruyucuları boru kəmər sistemlərində partlayıcı qaz/hava və yaxud buxar/hava qarişığının partlayışları (deflaqrasiyalar) və detonasiyaları nəticəsində yaranan alovlanmanın qarşısınl alır.
Detonasiya qoruyucuları çuqundan hazırlanmış iki qılafdan və polad/yüksək keyfiyyətli poladdan hazırlanmış 6 alov kəsicisi olan qoruyucu qəfəsdən ibarətdir. Alov kəsicilər umumiyyətlə eni 10 mm olan 1.4571 növ yüksək keyfiyyətli poladdan ibarətdirlər.
DTB DN XX növ detonasiya qoruyucuları partlayış qrupu IIA olan (normal ara məsafə 0,9 millimetrdən çox) yanar maye və qaz qurğularında detonasiyaya qarşı davamlı armaturlar kimi istifadə oluna bilərlər. Ən yüksək işləmə təzyiqi 1,1 bar və ən yüksək işləmə temperaturu 60 Selsi dərəcəsidir.
Detonasiya qoruyucuları yalnız eyni və ya kiçik diametrli boru kəmərlərinə birləşdirilməlidir, birləşdirici hissənin diametri qoruyucuya müvafiq olmalıdır. Qorunann tərəfin nominal diametri qorunmayan tərəfin diametrindən az olmamalıdır. Bu detonasiya qoruyucuları iki tərəfli işlədilə bildiyi üçün onun qoşma vəziyyəti və istiqaməti istənilən şəkildə ola bilər.
Bütün detonasiya qoruyucularının yanında qanuna müvafiq olaraq uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Bu silsilədən olan bütün detonasiya qoruyucuları keçid formasında hazırlanmışdır (ölçü vərəqinə bax) və nominal diametri DN 15 (1/2") ilə DN 80 (3") arasında olaraq sifariş edilə bilər. Daha böyük nominal diametrlər üçün DTE silsiləsindən olan qoruyucular məsləhət görülür.
Bu növ detonasiya qoruyucularının qılafları çuqun keyfiyyətində halqavarı birləşdirici M (daxili yiv) ilə birgə istehsal olunur. Digər qılaf keyfiyyətləri və birləşdirici növlər üçün DTB DN XX XXX növ detonasiya qoruyucularının növ təsviri vərəqinə nəzər sal.
Yanvar, 2011-cü il