Deflaqrasiya qoruyucuları boru birləşdirilməsi üçün bütün boru sistemlərinin və çənlərin açıq hissələrinin qorunmasını təmin edir, belə ki burada yanar qaz/hava və yaxud buxar/hava qarişığının partlayışı (deflaqrasiyası) baş verə bilər və bu da səs sürəti ilə artar və təzyiq dalğası yaratmaz.
DFE növ deflaqrasiya qoruyucuları 1,2 bar maksimal işləmə təzyiqi və 60 dərəcə Selsi maksimal işləmə temperaturu şəraitində partlama gücünə malik olan və IIA partlama qrupuna aid olan (normal ara məsafə 0,9 millimetrdən yuxarı) buxar/hava və yaxud qaz/hava qarişığının deflaqrasiyası nəticəsində ortaya çıxacaq alovlanmanın qarşısını almalıdır, bu halda müdafiədən kənar L boru kəmərinin mümkün ola biləcək alovlanma mənbəyi və qoruyucu arasındakı diametri 50-dən artıq olmamalıdır (uzunluq < 50 x diametr). Birləşdirilən boru kəmərlərinin nominal ölçüsü deflaqrasiya qoruyucusunun birləşdirici nominal ölçüsündən böyük olmamalıdır. Qoruyucunun təsir forması tək istiqamətlidir; qorunan tərəf ox və lövhəcik işarəsi ilə qeyd olunmuşdur.
Qoruyucular polad/yüksək keyfiyyətli poladdan hazırlanmış qılafdan ibarətdir, iki alov kəsicisi olan bir qoruyucu paket ilə bucaq formasında hazırlanmışdır. Qoruyucu paketə texniki baxış üçün qapağın boltları boşaldılır və qapaq çıxarıldıqdan sonra qoruyucu paket yuxarıya doğru çəkilir. Ona görə də bu qoruyucu yüksək dərəcədə çirklənən məhsullar üçün daha idealdır.
Bütün deflaqrasiya qoruyucularının yanında uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Konstruksiya növləri (həmçinin konstruksiya növlərinin xarakteristik sxemlərini nəzərdən keçirin):
Nominal ölçüləri DN 80, DN 100, DN 125 və DN 150 olan 1.0120 növ poladdan və 1.4301 və 1.4571 növ yüksək keyfiyyətli poladdan hazırlanmış deflaqrasiya qoruycuları aşağıdakı birləşdirici növləri ilə istehsal olunur:
- M – Halqa (daxili yiv)
- F – Flanslı birləşdirici
- A – Qaynaq bolt
- G – Xarici yiv
Birləşdirmə növlərinin birləşdirici sonluqlara istənilən şəkildə kombinasıyası mümkündür.
Dekabr, 2010-cü il