DTB DN XX növ detonasiya qoruyucuları boru kəmər sistemlərində partlayıcı qaz/hava və yaxud buxar/hava qarişığının partlayışları (deflaqrasiyalar) və detonasiyaları nəticəsində yaranan alovlanmanın qarşısınl alır.
Detonasiya qoruyucuları polad/yüksək keyfiyyətli poladdan hazırlanmış iki qılafdan və polad/yüksək keyfiyyətli poladdan hazırlanmış 6 alov kəsicisi olan qoruyucu qəfəsdən ibarətdir. Alov kəsicilər umumiyyətlə eni 10 mm olan 1.4571 növ yüksək keyfiyyətli poladdan ibarətdirlər.
DTB DN XX növ detonasiya qoruyucuları partlayış qrupu IIA olan (normal ara məsafə 0,9 millimetrdən çox) yanar maye və qaz qurğularında detonasiyaya qarşı davamlı armaturlar kimi istifadə oluna bilərlər. Ən yüksək işləmə təzyiqi 1,1 bar və ən yüksək işləmə temperaturu 60 Selsi dərəcəsidir.
Detonasiya qoruyucuları yalnız eyni diametrli boru kəmərlərinə bağlana bilərlər, birləşdirici hissənin diametri qoruyucuya uyğun olmalıdır. Bu detonasiya qoruyucuları iki tərəfli işlədilə bildiyi üçün onun qoşma vəziyyəti və istiqaməti istənilən şəkildə ola bilər.
Bütün detonasiya qoruyucularının yanında qanuna müvafiq olaraq uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Aşağıdakı konstruksiya növləri (həmçinin konstruksiya növlərinin xarakteristik sxeminə baxın) standart şəkildə satılır; xüsusi konstruksiya növləri ilə bağlı sorğu göndərməniz xahiş olunur.
Bu silsilədən olan bütün detonasiya qoruyucuları keçid formasında hazırlanmışdır (ölçü vərəqinə bax) və nominal diametri DN 15 (1/2") ilə DN 80 (3") arasında olaraq sifariş edilə bilər. Daha böyük nominal diametrlər üçün DTE silsiləsindən olan qoruyucular məsləhət görülür.
Detonasiya qoruyucularının qılafı həm çuqun keyfiyyətində halqavarı birləşdirici M (daxili yiv) ilə birgə istehsal olunur və həm də aşağıdakı polad keyfiyyətlərində hazırlanır: 1.0038 növ xalis polad, 1.4301 və 1.4571 növ yüksək keyfiyyətli polad. Xüsusilə mövcud qurğuların yenidən quraşdırılması baxımından universal istifadə üçün aşağıdakı birləşdirici növlərdən seçmək olar:
- M – Halqa (daxili yiv)
- F – Flanslı birləşdirici
- A – Qaynaq bolt
- G – Xarici yiv
Hər iki birləşdirici sonluqda istənilən kombinasıya mümkündür.
Yanvar, 2012-cü il