DU DN 50 növ deflaqrasiyadan qoruyan təzyiqazaldıcı ventil GGG 40 çuqun qılafdan həmçinin onun daxilində yerləşən və ventil təchizatı rolu oynayan 6 mis tərkibli birləşdirici qol borudan ibarətdir. Bütün birləşdirici borular atmosfer partlayışı şəraitinə dözümlü hazırlanmışdır.
Funksiyası:
Anbar çənlərinin doldurulması zamanı birləşdirici qol borularda yerləşən polad kürələrin bərk sıxılaraq bağlanması sıxışdırılan qazın atmosferə çıxışının qarşısını alır. Anbar çənlərindən istifadə edilərkən hava birləşdirici borular vasitəsilə atmosferden sorulur: bu polad kürələrin dəliklərdən yuxarı qalxması və həmin dəliklər vasitəsilə havanın anbar konteynerinə daxil olması şəklində baş verir.
İstifadədən sonra kürələr yenidən dəliklərin içinə keçir və bununla onlar qapanır.
Hava dəyişmənin gücü 4 normal yanacaq nasosunun eyni zamanda çıxarılması üçün yetərlidir.
İyun, 2004-cü il