Deflaqrasiya qoruyucuları boru birləşdirilməsi üçün bütün boru sistemlərinin və çənlərin açıq hissələrinin qorunmasını təmin edir, belə ki burada yanar qaz/hava və yaxud buxar/hava qarişığının partlayışı (deflaqrasiyası) baş verə bilər və bu da səs sürəti ilə artar və təzyiq dalğası yaratmaz.
D və DF növ deflaqrasiya qoruyucuları 1,2 bar maksimal işləmə təzyiqi və 60 dərəcə Selsi maksimal işləmə temperaturu şəraitində partlama gücünə malik olan və IIA partlama qrupuna aid olan (normal ara məsafə 0,9 millimetrdən yuxarı) buxar/hava və yaxud qaz/hava qarişığının deflaqrasiyası nəticəsində ortaya çıxacaq alovlanmanın qarşısını almalıdır, bu halda müdafiədən kənar L boru kəmərinin mümkün ola biləcək alovlanma mənbəyi və qoruyucu arasındakı diametri 50-dən artıq olmamalıdır (uzunluq < 50 x diametr). Birləşdirilən boru kəmərlərinin nominal ölçüsü deflaqrasiya qoruyucusunun birləşdirici nominal ölçüsündən böyük olmamalıdır. Qoruyucunun təsir forması iki istiqamətlidir və hər iki tərəfdə eyni forma təşkil edir.
Qoruyucular polad/yüksək keyfiyyətli poladdan hazırlanmış qılafdan ibarətdir, iki alov kəsicisi olan bir qoruyucu paket ilə keçid formasında hazırlanmışdır.
Bütün deflaqrasiya qoruyucularının yanında uyğunluq sertifikatı, istifadə və texniki xidmət kitabçası da verilir.
Konstruksiya növləri (həmçinin konstruksiya növlərinin xarakteristik sxemlərini nəzərdən keçirin):
Nominal ölçüləri DN 15-dən DN 350-yə qədər olan 1.0120 növ poladdan və 1.4301 və 1.4571 növ yüksək keyfiyyətli poladdan hazırlanmış deflaqrasiya qoruycuları aşağıdakı birləşdirici növləri ilə istehsal olunur:
M – Halqa (daxili yiv)
F – Flanslı birləşdirici
A – Qaynaq bolt
G – Xarici yiv
Birləşdirmə növlərinin birləşdirici sonluqlara istənilən şəkildə kombinasıyası mümkündür.
İyun, 2010-cü il